Kəlbəcər girovlarının sonuncu “məhkəməsi” keçirilir

Kəlbəcər girovlarının sonuncu “məhkəməsi” keçirilir
  19 Dekabr 2014    Oxunub:4232
Bu gün Xankəndidə azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun sonuncu qondarma “məhkəməsi” keçiriləcək.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Xatırladaq ki, sonuncu “məhkəmə” hələ dekabrın 12-i keçirilməli idi. Lakin həmin vaxt “məhkəmə” təxirə salınmışdı. Buna səbəb isə girov Şahbaz Quliyevin səhhətdə yaranan problemlər, həmçinin “zərərçəkən” Vreja Balayanın məhkəməyə gəlməməsi olub.

Qeyd edək ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.

D. Əsgərov və Ş. Quliyev üzərində qondarma “məhkəmə” prosesi oktyabrın 27-də başlayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti