Yararsız məhsullar aşkarlandı

Yararsız məhsullar aşkarlandı
  19 Dekabr 2014    Oxunub:1667
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib.
AzVision.az xəbər verir ki, monitorinqlər zamanı Abşeronda fiziki şəxsə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb. Həmçinin, Sabunçu, Qaradağ, Nərimanov və Ağcabədidə fiziki şəxslərə məxsus mağazalarda normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyən edilib. Bundan başqa, Qaradağ, Nəsimi, Abşeron, Göygöl, Gəncə, Saatlı, Şamaxı, Şəki və Ağdamda fiziki şəxslərə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.


Teqlər:





Xəbər lenti