Azərbaycanlı milyarder "Qalatasaray"la razılaşdı

Azərbaycanlı milyarder "Qalatasaray"la razılaşdı
  18 Dekabr 2014    Oxunub:2771
Türkiyənin "Qalatasaray" klubu "LUKoil" şirkəti ilə saziş imzalayıb.
Əldə olunan razılığa əsasən, "Qalatasaray" azerkeşləri "LUKoil" yanacaq doldurma məntəqələrindən güzəştli qiymətə yanacaq alacaqlar. Bu endirimlərdən yaranmaq istəyən sürücülər "GSLUKoilcard" istifadə etməlidirlər.

Türkiyədə 400-dən çox YDM-də istifadə edilə bilən kart "Qalatasaray" azerkeşi olan sürücülərə münasib qiymətə benzin almağa imkan verir.

Qeyd edək ki, Rusiyanın “LUKoil” şirkətinin prezidenti azərbaycanlı milyarder Vahid Ələkbərovdur. Şirkət bu ilin 9 ayı ərzində 5,7 milyard dollar təmiz gəlir əldə edib. “LUKoil” bir gündə 2,3 milyon barrel neft hasil edir.(Ans)


Teqlər:





Xəbər lenti