“Kristal CF” məhkəməyə veriləcək

“Kristal CF” məhkəməyə veriləcək
  18 Dekabr 2014    Oxunub:2408
“Kristal CF” şirkəti istehlakçıları aldatdığına görə, 5000 manat cərimə oluanacq.
Bu barədə AzVision.az-a Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.

O, bildirib ki, üzərində “halal” sözü yazılmış “Kristal CF” əmtəə nişanlı yarım hisə verilmiş “Baranina” kolbasasının tərkibində AZS 731-2012 “Halal qida” standartına zidd olaraq donuz əti və piyi aşkar edilib. Odur ki, istehlakçıları aldatdığına görə şirkət cərimələnəcək:

“Bununla bağlı hazırda iş gedir. Şirkət 5000 manat cərimələnəcək. Şirkətin kolbasa istehsalına qadağa qoyulacaq. İş məhkəməyə göndəriləcək”-deyə Fazil Talıblı bildirib.

Xatırladaq ki, bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə aparılan monitorinq zamanı ticarət şəbəkəsindən nümunə olaraq götürülmüş “Orxan-SS” firmasının istehsal etdiyi “Kristal CF” əmtəə nişanlı “Baranina” kolbasasının laboratoriyada sınaqları aparılıb. Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST ) laboratoriyasında DNT ekstraksiyası üsulu ilə aparılan müayinələr nəticəsində üzərində “halal” sözü yazılmış “Kristal CF” əmtəə nişanlı yarım hisə verilmiş “Baranina” kolbasasının tərkibində AZS 731-2012 “Halal qida” standartına zidd olaraq donuz əti və piyi aşkar edilib.

Anar KƏLBİYEV


Teqlər:  





Xəbər lenti