`Geriyədönməz bir düşmənçiliyə girdin` - Rauf Arifoğludan Əli Kərimliyə

`Geriyədönməz bir düşmənçiliyə girdin` - Rauf Arifoğludan Əli Kərimliyə
  18 Dekabr 2014    Oxunub:1866
“Əli Kərimli ilə mənim aramda olan konflikt geriyə dönməyəcək düşmənçiliyə çevrildi, xüsusən də bu cür təhqirlərdən sonra”.
Azvision. az xəbər verir ki, bunu “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu AXCP sədri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimlinin sosial şəbəkədə onun barəsində təhqiredici kollaj yaymasını şərh edərkən deyib.

R.Arifoğlu bununla bağlı Ə.Kərimliyə yazdığı məktuba cavab aldığını bildirib: “Cavabında yenə məni təhqir edib, buna baxmayaraq, qohumunun hərəkətini pislədiyini və o statusu yığışdırmaq üçün ona məktub yazdığını bildirib. Sonra mən yoxlatdırdım ki, statusu yığışdırıblar. Bu da onu göstərir ki, İnqlab Kərimli komanda ilə hərəkət edir. Yəni mən əminəm ki, bu tapşırığı da ona veriblər, yazıb, mesaj verib, sonra deyiblər, yığışdırıb. Əgər o, bu statusu öz başına yazsaydı, təbii ki, çıxarmazdı”.

Baş redaktor sözügedən kollajın yayılmasının böyük yanlışlıq adlandırıb. O, bu cür kollajların onlara yaraşmadığını, lakin yapışan birilərinin olduğunu vurğulayıb.

“Bu iyrənc kollajın müəllifi və burada statusları yazan, valideynlərimizi təhqir edən AXCP sədri A. Kərimlinin əmisi oğlu İnqilab Kərimlidir. Hazırda Fransada yaşayır və mühacir alveri ilə məşğuldur. Bu cür kollajlar adətən onun əmisioğlu barədə hazırlanır və yayılırdı. Əlimizdə qəzet olsa da, düşməncə davransaq da, bir dəfə bu cür tərbiyəsizliyə getmədik. Əksinə, Əli Kərimlini, onun ailəsini ölümünə müdafiə etdik, bunu həyata keçirənləri qınadıq. İndi də bu cür hərəkətləri qınayırıq. Bütün Facebook boyunca hazırda cəbhə fəalları bizi söyürlər.Aşağılayır, təhqir edirlər. İşimiz yox. Cavablarını alırlar. Lakin bu əxlaqsızlar hər dəfə valideynlərimizi, yaxınlarımızı da dillərinə almaqdan çəkinmirlər.

Lakin yapışan birisi var. Biz yenə də bu cür cavab verməyəcəyik. Ancaq İnqilab Kərimov daşları yerindən oynatdı və AXCP sədrinə böyük pislik etdi”.

Rauf Arifoğlu AXCP sədrinə yazdığı məktubunda da Əli Kərimlinin əmisi oğlunun əməllərinə də diqqət çəkib:

“Sənin barəndə belə əxlaqsız şeylər yazılanda , mən onlara qarşı çıxdım, səni müdafiə etdim. Bu qədər aşağı düşdün ki, əmin oğlunun dili ilə sənə deyilənləri bizə qaytarırsan. Bir kərə valideynlərini bu işə qatmadım, özündən kənar bir kimsədən yazmadım. Artıq neçənci dəfədir sənin sülalən bütün qırmızıları keçir. Sənə ayıb olsun da deyə bilmirəm. Çünki o mərhələni keçmisən. Sadəcə borc olsun deyirəm. Cavabını mütləq alacaqsınız - sən də , əmioğlun da. Geriyədönməz bir düşmənçiliyə girdin”-deyə Rauf Arifoğlu məktubunda bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti