Keçmiş deputatın qəzaya düşdüyü an - VİDEO

Keçmiş deputatın qəzaya düşdüyü an - VİDEO
  18 Dekabr 2014    Oxunub:2541
Ötən gün keçmiş millət vəkili Əliməmməd Nuriyevin Neftçilər prospektində ağır qəzaya düşdüyü anın videosu yayılıb.
Yayılan videogörüntüdən də göründüyü kimi Ə.Nuriyevin avtomobilinin arxasınca hərəkətdə olan avtomobilin video-reqistratoru qəzanın baş vermə səbəbini qeydə alıb. Belə ki, görüntülərdə Əliməmməd Nuriyevin idarə etdiyi “Mitsubişi Pajero” markalı avtomobil Azadlıq meydanına çatarkən dönmə əməliyyatı etməyə çalışır. Bu zaman onun sol tərəfi ilə ötmə əməliyyatı etməyə çalışan BMV markalı avtomobil Ə.Nuriyevin avtomobili ilə toqquşur. Nəticədə “Pajero” aşır.

Görüntülərdə yaxınlıqdakı vətəndaşların köməyi ilə keçmiş deputatın tərsinə çevrilmiş avtomobildən çıxarıldığı görünür.

Xatırladaq ki, qəza ötən gün günorta saatlarında baş verib. Qəza nəticəsində Ə.Nuriyev başından xəsarət alıb. Onun avtomobili isə tamamilə yararsız vəziyyətə düşüb.

AzVision.az həmin videonu təqdim edir





Teqlər:  





Xəbər lenti