ABU-nun saxta diplomunu satan şəxs tutuldu

ABU-nun saxta diplomunu satan şəxs tutuldu
  18 Dekabr 2014    Oxunub:2525
Bakı şəhər sakini Vüsal Nuriyev saxta diplom satarkən saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vüsal Nuriyev Rövşən Məmmədovun adına hazırladığı Azərbaycan Beynəlxalq Universitetinin saxta diplomunu şərti alıcıya 7000 ABŞ dollarına satarkən saxlanılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti