Türkiyədən Azərbaycana lavaş dəstəyi

Türkiyədən Azərbaycana lavaş dəstəyi
  18 Dekabr 2014    Oxunub:1615
“Ümid edirəm ki, Ermənistanın UNESCO-dakı nümayəndəliyi Azərbaycan tərəfinin böyüklüyünü qiymətləndirəcək və qarşıdurmaya getməyəcək”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin UNESCO-dakı nümayəndəsi Hüseyn Avni Botsalı deyib. Onun sözlərinə görə, Ermənistan lavaşı özünün qeyri-maddi mədəni irsi kimi siyahıya salmağa çalışsa da, Türkiyə tərəfi lavaşın bölgə xalqlarının mətbəx nümunəsi olduğunu qabardıb:

“Ümumiyyətlə, Azərbaycan və Türkiyənin UNESCO-dakı nümayəndəlikləri birgə fəaliyyət göstərir, davamlı olaraq bir-biri ilə məlumat bölüşür, məsləhətləşirlər. UNESCO-nun fəaliyyəti yalnız mədəni sahədə deyil. Burada digər – təhsil, regionda sülh kimi önəmli məsələlər də qabardılır və biz Azərbaycanla birlikdə bu istiqamətdə öz təkliflərimizi, ideyalarımızı ortaya qoyuruq. Bölgəmizdə sülhün möhkəmləndirilməsi üçün ortaq fəaliyyətimizin böyük önəmi var”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti