ASAN mükafat aldı

ASAN mükafat aldı
  18 Dekabr 2014    Oxunub:1907
19 fevral 2014 - cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN xidmət" mərkəzlərinə müraciət edən vətəndaşların hüquq və maraqlarını nəzərə almaqla səmərəliliyə və vətəndaş məmnunluğuna daim nail olunması və mütəmadi olaraq artırılması istiqamətində İSO 9001:2008 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görülüb.

Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən AzVision.az verilən xəbərə görə,15 dekabr 2014-cü il tarixində isə Dövlət Agentliyi və Sabirabad "ASAN xidmət" mərkəzi OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görülüb. Standartın əsas tələbi xidmət mərkəzlərinin fəaliyyət göstərdiyi inzibati binalarda təhlükəsiz və sağlam iş mühitinin yaradılması, əməkdaşların effektiv, şəffaf və operativ xidmət göstərməsi, eyni zamanda vətəndaşların tam təhlükəsiz, keyfiyyətli xidmət almağının təmin edilməsi üçün zəruri tədbirlərin nəzərə alınmasıdır. Zəruri tələblər beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilərək Dövlət Agentliyinin və Sabirabad "ASAN xidmət" mərkəzinin fəaliyyət göstərdiyi inzibati binanın beynəlxalq standartlara uyğun tikildiyinə dair qərar verilib.



Dövlət Agentliyi və mövcud "ASAN xidmət" mərkəzləri öz fəaliyyətini davamlı olaraq təkmilləşdirərək OHSAS 18001:2007 standartına uyğunlaşdırmaq yolunda mühüm addımlar atıb.

Dövlət Agentliyi və Sabirabad "ASAN xidmət" mərkəzində beynəlxalq standartlara uyğun yaradılan İdarəetmə Sisteminin hüquqi və praktiki əsasları Azərbaycan Respublikasının Prezidentinin Fərmanlarında təsbit olunmuş öhdəliklərin yüksək səviyyədə həyata keçirilməsinə və nəticədə vətəndaş məmnunluğuna nail olunmasına yönəlib. Standart, həmçinin, 10 dövlət orqanı tərəfindən «ASAN xidmət» mərkəzlərində göstərilən xidmətlərin yüksək səviyyədə təşkil olunması və daim təkmilləşdirilməsini rəhbər tutur.

AzVision.az



Teqlər:  





Xəbər lenti