Nazirdən daha bir lavaş açıqlaması

Nazirdən daha bir lavaş açıqlaması
  18 Dekabr 2014    Oxunub:2371
`Öz milli sərvətimizin, dəyərlərimizin anlayışların birgə qorunmaq siyasətlərini heç vaxt unutmamalıyıq. Hər kəs bilir ki, bu yaxınlarda bütün türk dövlətlərini kifayət qədər narahat edən səbəb olan YUNESKO-nun qeyri- maddi mədəni komissiyasının müzakirəsində bədnam qonşular tərəfindən mədəniyyət sahəsində müharibə aparılır`.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin ənənəvi V iclasındakı çıxışda deyib.

Onun sözlərinə görə, bu fəaliyyətin məntiqi nəticəsi ondan ibarət oldu ki, Ermənistan komissiyanın iclasına lavaş nominasiyasını təqdim edərək, bu çörəyin yalnız erməni xalqına məxsus olduğunu iddia edirdi:

`Yaxşı haldır ki, Azərbaycanın qəti mövqeyi nəticəsində bunun qarşısı alındı. Bununla da nail olduq ki, bu uydurma yalnız Ermənistanın daxilində fenomen kimi qəbul olundu və digər ölkələrə şamil olunmur. Biz görmürük ki, çörək bişirmək üslubu ancaq türk xalqlarına məxsusdur. Yaxud da bizim musiqilərimiz, aşıq sənətimiz, muğamımız və digər sənət nümunələrimiz bu gün təcavüzə məruz qalıb? Hər dəfə bu kimi hallarla qarşılaşırıq`.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti