“İŞİD-i Səudiyyə Ərəbistanı yaradıb” – İranlı nazir

“İŞİD-i Səudiyyə Ərəbistanı yaradıb” – İranlı nazir
  18 Dekabr 2014    Oxunub:1810
Səudiyyə Ərəbistanı neftdən əldə etdiyi gəlirləri “İraq və Şam İslam Dövləti” (İŞİD) kimi terror təşkilatının maliyyələşdirilməsinə xərcləyir.
AzVision.az-ın “İRNA” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Silahlı Qüvvələr Qərargahının rəisi general Həsən Firuzabadi bildirib.

General İŞİD-in birbaşa olaraq Səudiyyə Ərəbistanı tərəfindən yaradıldığını bir daha vurğulayıb.

Firuzabadinin sözlərinə görə, İŞİD-ə qarşı ABŞ və Avropa ölkələri tərəfindən koalisiyanın yaradılması taktiki addımdır: “Əslində isə Qərb ölkələri İŞİD-in fəaliyyətini maliyyələşdirir və terror təşkilatının silahlanmasına yardım edir. Neft hasilatını artıraraq Səudiyyə Ərəbistanı Qərb ölkələrini onların yanacaqla bağlı problemlərinin olmayacağına bildirib. Digər tərəfdən onların bu addımı neft qiymətinin aşağı düşməsinə də səbəb olub. Bu isə regionda terrorla mübarizə aparan digər ölkələrə mane olur”.

Firuzabadi iddia edir ki, bununla da Səudiyyə Ərəbistanı region ölkələrinin iqtisadiyyatına 500 milyon dollar dəyərində ziyan vurub.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti