Prezidentdən “Qarabağ”a 1 milyon - SƏRƏNCAM

Prezidentdən “Qarabağ”a 1 milyon - SƏRƏNCAM
  17 Dekabr 2014    Oxunub:4140
Prezident İlham Əliyev “Qarabağ” futbol klubunun Avroliqada uğurlu iştirakı haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, sərəncama görə, “Qarabağ” futbol klubunun Avroliqada uğurlu iştirakına, ölkəni layiqincə təmsil etdiyinə və futbolun inkişafında xidmətlərinə görə “Qarabağ” futbol klubuna Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 (bir) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə isə tapşırılıb ki, nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

AzVision.az




Teqlər:  





Xəbər lenti