Bakıda milyonluq “Lamborghini”ləri kimlər alır? – EKSKLÜZİV (FOTOLAR)

Bakıda milyonluq “Lamborghini”ləri kimlər alır? – EKSKLÜZİV (FOTOLAR)
  17 Dekabr 2014    Oxunub:71416
Bakı küçələrində qiyməti milyon dollar dəyərində olan “Lamborghini” markalı avtomobillərə rast gəlsəniz təəccüblənməyin. Kimlər üçünsə “Lamborghini” sükanı arxasında əyləşmək xəyal görünsə də Bakıda külli miqdarda pulundan keçib bu maşına sahib olanlar da var. Onların sayı elə də çox deyil, cəmi 4-5 nəfər.

Azərbaycandakı “Lamborghini” mərkəzindəki gizli mənbədən AzVision.az-a verilən məlumata görə, oradakı avtomobillərin qiymətlərində endirim tətbiq edilməyə başlayıb. Belə ki, dekabr ayının sonuna qədər həmin milyon dollarlıq qiyməti olan avtomobillərin satışı üçün 10 faizlik endirim tətbiq edilir.



Bildirilib ki, hazırda satışda “Lamborghini” brendinin “Aventador”, “Huracan” və “Gallardo” modelləri nümayiş etdirilir:

“Dekabrın sonu olduğu üçün mərkəzdə satılan modellərdə qiymət endirimləri tətbiq olunur. Endirim kampaniyası yanvar ayının əvvəlinə kimi davam edəcək. İlin sonunə qədər mərkəzdə olan bütün avtomobillərin satışı planlaşdırılır. Ona görə də mərkəzdə maksimum endirlər tətbiq olunur. Adını çədiyimiz modellər mərkəzə yeni gətirilib”.

Avtomobillərin qiymətləri də əl yandırır:



“Həmin brend markalı avtomobillər 10 faizlik endirimlə müşərilərə təqdim olunur. Ən bahalı model olan “Aventador”un qiyməti endirmələ birlikdə 400 min manat təşkil edir. Endirimsiz isə həmin modelin qiyməti çox yüksəkdir. Həmin hər üç brend modelə 10 faizlik endirim təbiq olunur. Türkiyədəki qiymətlə müqayişədə Azərbaycanda bu rəqəm dəfələrlə aşağıdır. Mərkəzdə 200 min manat dəyərində olan avtomobillər də satılır”.

Mənbədən bildilib ki, həmin avbtomobillərin kifayət qədər alıcısı var:

“İndiyə qədər mərkəzdə olan dörd avtomobil artıq satılıb. Müştərilər avtomobilləri İtaliyadan sifariş veriblər. May ayında həmin avtomobillər Azərbaycana gətiriləcək”.

Bəs görəsən həmin brend markalı avtomobillərin sahibləri kimlərdir?



“Xarici iş adamlarının belə avtomobillər almasında heç bir problem yoxdur. Həmin şəxslərə heç kim, heç nə deyə bilməz. Atası dövlət işində çalışan şəxslər həmin avtomobilləri almağa çəkinirlər. İmkanlı şəxslərin övladaları sual verirlər ki, həmin avtomobilləri kimlər alır? Hətta elə məmur var ki gəlib bizə deyib ki, sizdən alınan avtomobillərin hamısının sahibi iş adamlarıdır. Onlar bu avtomobilləri başqa məmurların almadığına görə, təəssüflənirlər. Ona görədə həmin məmurlar çəkinirlər. Məmurlardan kimsə belə bir avtomobil alırsa bunadan bizim xəbərimiz olmur. Çünki məmurlar kiminsə başqasının adı ilə bu avtomobilləri alırlar”.

Yarım milyon manat dəyəri olan bu avtomobillərin kimlər tərəfindən alınması ilə məxfi saxlanılır. Şirkət bunu müştərilərinin təhlükəsizliyi ilə əlaqələndirir.

Qeyd edək ki, bahalı idman avtomobilləri istehsalçısı olan bu italyan brendinin əsası 1963-cü ildə qoyulub. Hazırda “Lamborghini” Audi alman şirkətinin tərkibinə daxildir. Lamborghini-nin qərargahı İtaliyanın Sant Aqata-Bolonyezye bölgəsində yerləşir.



Xatırlayırsınızsa bir müddət əvvəl "Şərur" MTK-nın sədri, "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundovun oğlu Allahverdi Axundov “Lamborghini” markalı maşını ilə gündəmə gəlmişdi. Azərbaycan Dövlət İqtisad Universitetin tələbəsi olan Allahverdi Axundovun 650 min manatlıq maşını geniş müzakirələ yol açmışdı.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti