Bakıda qumbara həyəcanı

Bakıda qumbara həyəcanı
  11 Dekabr 2014    Oxunub:1640
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.

Dərhal nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunub və istifadəyə yararsız vəziyyətdə olan 1 (bir) ədəd “F-1” markalı əl qumbarası mütəxəssislər tərəfindən zərərsizləşdirilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və başqa şübhəli əşya aşkar etməyiblər.

Əməliyyat saat 13:03-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti