Azərbaycanı “Eurovision”-da makedoniyalı təmsil edəcək?

Azərbaycanı “Eurovision”-da makedoniyalı təmsil edəcək?
  11 Dekabr 2014    Oxunub:11567
“Makedoniya, məni bağışla. Bu il Azərbaycan üçün oxuyacam”.

AzVision.az xəbər verir ki, Azərbaycanı 2015-ci il “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək iştirakçının kimliyi artıq məlumdur. “Twitter” sosial şəbəkəsində yayılan xəbərlərə görə, Azərbaycanı Daniel Kaimazanov təmsil edəcək.

Daniel Kaimazanovun əslən Makedoniyadan olduğu bildirilir.

Sosial şəbəkədə Kaimazanovun - “Makedoniya, məni bağışla. Bu il Azərbaycan üçün oxuyacam”- sözləri yazılmış posterlə fotoları yayımlanıb.

AzVision.az həmin fotonu təqdim edir.

Qeyd edək ki, 2015-ci ildə “Eurovision” mahnı müsabiqəsi Konçittanın qələbə gətirdiyi Avstriyada keçiriləcək.

Türkan Məmmədli
AzVision.az



Teqlər:  





Xəbər lenti