Deputatlardan “Lider” in operatoruna DƏSTƏK

Deputatlardan “Lider” in operatoruna DƏSTƏK
  28 Noyabr 2014    Oxunub:2411
“Lider” televiziyasının keçmiş operatoru, ürək çatışmazlığından əziyyət çəkən 34 yaşlı Cavid Əliyevə yardım kampaniyası davam edir.
Televiziya işçisinin təcili əməliyyata ehtiyacı olması barədə KİV-də yayılan xəbərlərdən, edilən müraciətlərdən dərhal sonra həmkarıları, dostları və bir sıra tanınmış şəxslər artıq Cavid Əliyevə yardım kampaniyasına qoşulublar.

Millət vəkilləri Adil Əliyev, Etibar Hüseynov, Sahib Alıyev, Aqil Abbas, Ülvi Quliyev, Zahid Oruc, Fərəc Quliyev, Fazil Qəzənfəroğlu gün ərzində kampaniya təşkilatçılarına zəng vuraraq dəstək olduqlarını, maddi yadım edəcəklərini bildiriblər.

Qeyd edək ki, teleopreator Cavid Əliyev son iki ildə ailə üzvlərinin, yaxın qohumların və dostların maliyyə yardımı ilə Mərkəzi Neftçilər Xəstəxanasının Kardilogiya şöbəsində dəfələrlə müalicə kursları keçib.

Bir neçə dəfə ölümlə üz-üzə gəlsə də həkimlərin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Lakin son bir ayda Cavid Əliyevin durumu o qədər pisləşib ki, artıq müalicələr də heç bir effekt vermir. Həkimlər təcili olaraq onun üzərində ürək transplantasiyası (ürəyin dəyişdirilməsi) əməliyyatı aparılmasının vacibliyini vurğulayıblar. Lakin mövcud qanunvericiliyə görə ölkəmizdə bu tip əməliyyatların həyata keçirilməsi mümkün deyil.

Digər tərəfdən xarici ölkələrdə reallaşdırılan ürək nəqli əməliyyatının dəyəri 100 min manat civarındadır. Bu məbləği ödəmək isə Cavid Əliyev və onun yaxınlarının imkanı xaricindədir. Təxminən bir həftə əvvəl səhhəti qəfildən pisləşən Cavid dostlarının yardımı ilə təcili Belorusiya Respublikasına aparıldı. Belorusiyanın Orqan Transplantasiyası İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilən Cavidə son diaqnoz qoyuldu – ömrünün sonuna sayılı günlər qalıb! Ürək nəqli vacibdir! Belorusiyalı həkimlər Cavidi ürək nəqli əməliyyatı üçün növbəyə yazıblar.

Lakin bu əməliyyat üçün 100 min manat pul tələb olunur. Bu məbləği ödəmək faktiki olaraq mümkün deyil. Dəyərli dostlar! Əziz dostumuz, peşəkar televiziya işçisi, gözəl ailə başçısı, 3 uşaq atası olan Cavid Əliyevin həyatda qalması üçün hər birimiz əlimizdən gələni etməliyik.

Bu məqsədlə bu gün Azərbaycan Beynəlxalq Bankında Cavid Əliyevin adına hesab nömrəsi açmışıq. Biz bütün dostlar adından çoxsaylı televiziya işçilərinə, mətbuat və ictimaiyyət nümayəndələrinə müraciət edirik! Cavidin yaşaması üçün - əməliyyat olunaraq yenidən normal həyata dönməsi üçün səfərbər olaq! Gəlin həmkarımızın həyatla ölüm dirim mübaizəsi apardığı bir zamanda onun yanında olaq, ona dəstəyimizi əsirgəməyək!


Azərbaycan Beynəlxalq Bankında açılan hesab nömrəsi:

Əliyev Cavid Nizami oğlu

Müştəri hesab nömrəsi: AZ68IBAZ33801019441803347206

Azərbaycan Beynəlxalq Bankı ASAN1 şöbəsi

Bankın müxbir hesabı: AZ03NABZ01350100000000002944


Teqlər:  





Xəbər lenti