Komanda ruhu olanlar üçün kastinqlər

Komanda ruhu olanlar üçün kastinqlər
  28 Noyabr 2014    Oxunub:1735
AzVision.az Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı-2015 Avropa Oyunlarının açılış və bağlanış mərasimləri komandasının üzvləri tələbələrlə görüşüblər.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Müəllimlər İnstitutunun tələbə gənclər təşkilatının birgə keçirdiyi təqdimatda italiyalı mütəxəssis, komandanın kastinq meneceri Nikoletta Korradin Bakı-2015 Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak qaydaları ilə bağlı geniş məlumat verib.

Bildirilib ki, Baku2015.com səhifəsinə daxil olaraq, “Bizə qoşulun” menyusunu seçməklə ərizə formasını dolduraraq kastinq sessiyasını sifariş etmək mümkündür.

N.Korradin qeyd edib ki, kastinqlər dekabr ayında keçiriləcək, məşqlər isə 2015-ci ilin martında başlayacaq. Arzusu, enerjisi, komanda ruhu olan hər kəs mərasimlərin iştirakçısı ola bilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti