Kreml: Putin Poroşenkonu hədələməyib

Kreml: Putin Poroşenkonu hədələməyib
  28 Noyabr 2014    Oxunub:1099
Rusiya prezidenti Vladimir Putin heç vaxt öz ukraynalı həmkarı Pyotr Poroşenkonu hədələməyib.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Heç kim heç vaxt belə danışıqlarda hədələrdən istifadə etməyib... Bizim bu məsələ ilə bağlı 100 faizlik sübutlarımız var. Çünki hər bir telefon danışığının steneqramı var, danışıqlar yazılır”, - deyə Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov vurğulayıb.

Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Pyotr Poroşenkoya ultimatum verməsi barədə məlumatlar yayılıb.

Telefon danışığı zamanı Putin Ukraynadan “Donetsk və Luqansk Xalq Respublika”larını tanımağı və NATO və Avropa ittifaqına üzvlükdən imtina etməyi tələb dib. Poroşenko bu tələbləri rədd edəcəyi təqdirdə isə Rusiya Ukrayna üzərinə hücuma keçəcək.

Məlumata əsasən Putin və Poroşenko arasında baş verən telefon danışığı Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabovun iştirakı ilə baş tutub və 1,5 saat çəkib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti