Gülən dünyasını dəyişdi

Gülən dünyasını dəyişdi
  28 Noyabr 2014    Oxunub:2347
Amerikada yaşayan türkiyəli dini lider Fətullah Gülənin qardaşı vəfat edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 72 yaşlı Siqbatullah Gülən uzun sürən xəstəlikdən sonra özəl Şəfa Xəstəxanasında dünyasını dəyişib.

Onun 4 ay əvvəl infarkt keçirdiyi bildirlir. 1 ay əvvəl isə iflic olan S.Gülən reanimasiya şöbəsinə keçirilmişdi.

Xəstəxananın baş həkimi Səbahəddin Dalğa Gülənin dünyasını dəyişməsi ilə bağlı danışarkən deyib ki, xəstə ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, S.Gülən evli idi, onun 9 övladı var.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti