Ziya Məmmədov tədbirə gəlmədi

Ziya Məmmədov tədbirə gəlmədi
  28 Noyabr 2014    Oxunub:1954
Nəqliyyat naziri Ziya Məmmədovun bu gün ADA Universitetində keçirilən “Mərkəzi Avrasiyada nəqliyyatın gələcəyi” mövzusundakı konfransda iştirak edəcəyi bildirilsə də nazir tədbirə qatılmayıb.
AzVision.az xəbər verir ki, nəqliyyat nazirini konfransda müavini Musa Pənahov əvəz edib. Nazirin hansı səbəbdən tədbirə gəlməməsi bilinmir.

Qeyd edək ki, ADA-nın bir neçə gün öncə yaydığı press-relizdə konfransın açılışında Baş nazirin müavini Abid Şərifovla yanaşı nəqliyyat naziri Ziya Məmmədovun da iştirak edəcəyi bildirilirdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti