`Bu, yolun banisi İlham Əliyevdir`

`Bu, yolun banisi İlham Əliyevdir`
  28 Noyabr 2014    Oxunub:1168
Bu gün ADA Universitetində "Azərbaycan Avrasiyada Regional Nəqliyyat Mərkəzi kimi" adlı tədqiqat layihəsi çərçivəsində tədbir keçirilib.
AzVision.az xəbər verir ki, konfransın açılışında ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxış edib. O qeyd edib ki, bu gün işləyən nəqliyyat dəhlizinin bel sütunu Bakı –Tbilisi -Ceyhan boru kəməri olub və Heydər Əliyev gələcək nəqliyyat dəhlizinin yaranmasında müstəsna xidmət göstərib:

“Azərbaycanın inkişafının bünövrəsi həmin layihənin reallaşdırılması zamanı qoyulub. Dünya Azərbaycanın bu inkişafını görür. Bu inkişaf nəqliyyat və infrastruktur üzərində qurulub”.

H. Paşayevin sözlərinə görə, konfransda on ölkənin nümayəndəsi iştirak edir: “Bu gün konfransda nəqliyyət məsələləri daha dərindən müzakirə olunur. Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı Azərbaycan, Türkiyə, Gürcüstan, Pakistan, İran, Əfqanıstan, Özbəkistan, Türkmənistan, ABŞ, Qazaxıstan və Hindistan nümayəndələri tərəfindən araşdırılacaq”.

Sonra çıxış edən baş nazirin müavini Abid Şərifov bildirib ki, sözügedən Şərq- Qərb nəqliyyat dəhlizi yalnız Azərbaycan deyil, dəhliz boyu ölkələri üçün əhəmiyyətlidir:

“Bakı-Tblisi -Qars dəmir yolu tikintisinin banisi İlhan Əliyevdir. Bu dəhliz Asiyanı Avropa ilə birləşdirən dəhlizdir. Vaxt baxımından əhəmiyyət ondan ibarətdir ki, vaxtı sutkalarla qısaldır”.

A.Şərifov qeyd edib ki, Avropa ilə Asiya arasındakı Bosfor boğazında dəmir yolu birləşməsi yoxdur. Bu yol bir qədər köhnə - bərə ilə birləşdirilir:

“Bakı-Tblisi-Qars layihəsi isə Orta Asiya, Yaponiya, Çindən Avropaya yolu 700 km qısaldılır. Azərbaycanın coğrafi mövqeyi baxımından bu layihə Azərbaycanın inkişafına və dəhliz boyu ölkələrin inkişafına böyük töhfə verəcək”.

Daha sonra çıxış edən nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib ki, prezident İlham Əliyevin təşəbbüsü ilə bu dəmir yolu layihəsi reallaşdıırlmağa başlayıb, gələn ilin sonunda istismara veriləcək: “İnfrastruktur baxımından Azərbaycan və Türkiyədə böyük işlər görülür. Azərbaycanda görülən işlərə ərazidə böyük loqistik mərkəzlərin yaradılması, yüklərin və nəqliyyatın təhlükəsizliyi üçün görülən tədbirləri demək olar”.

O, qeyd edib ki, bu layihəyə maraq çoxdur: “Çünki vaxt və iqtisadi, insani əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli layihədir”.


Teqlər:  





Xəbər lenti