Bakıda 16 yaşlı qızın cinayəti - Təfərrüat

Bakıda 16 yaşlı qızın cinayəti - Təfərrüat
  28 Noyabr 2014    Oxunub:6831
Bakı şəhər Baş Polis İdarəsi Bakıda törədilən qətllə bağlı məlumat yayıb.
AzVision.az xəbər verir ki, məlumatda bildirilir ki, Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 27-də Bakı şəhər sakini 1991-ci il təvüllüdlü Şəms Nəhmədovanı bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Aydan Xəlilova müəyyən edilib. 16 yaşlı qız polis tərəfindən tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***
Bakıda 16 yaşlı qızın həmcinsini qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

AzVision.az lent.az-a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Aydan Xəlilova özündən 7 yaş böyük olan Şəms Nəhmədovanı mübahisə zəminində öldürüb.

Bəlli olub ki, qızlar bir müddət imiş ki, Binə qəsəbəsində kirayədə tutduqları mənzildə yaşayırmış. Tüfeyli həyat tərzi keçirən qızlar konkret heç bir yerdə oxuyub-işləməyib. A.Xəlilovanın atası bir müddət əvvəl dünyasını dəyişib, anası isə Zaqatalada yaşayır. Qətlə yetirilən 23 yaşlı qız isə ailəsi Bakıda yaşamasına baxmayaraq, evdən çıxıb və kirayədə yaşamaq qərarına gəlib.

Olaya gəlincə, dünən axşam saatlarında hələlik dəqiqləşməmiş səbəbdən qızlar arasında mübahisə olub. Mübahisə zəminində 16 yaşlı qız bıçaqla otaq yoldaşının ürəyinə bir zərbə endirib.

Araşdırmalar davam etdirilir.


Teqlər:  





Xəbər lenti