DİN rəisin ölümünü təkzib etdi

DİN rəisin ölümünü təkzib etdi
  27 Noyabr 2014    Oxunub:2039
Bakının Binəqədi rayonunda, Xocasən qəsəbəsi ərazisində polis zabiti bıçaqlanaraq qətlə yetirilib.
Məlumatı virtualaz.org saytına həmin qəsəbədə yaşayan və hadisənin şahidi olan sakinlərdən biri verib. Hazırda cinayətin baş verdiyi ərazi polis mühasirəsindədir, polis zabitinin kim tərəfindən və hansı səbəblərdən bıçaqlandığı məlum deyil. Şahidlərin bildirdiyinə görə, qətlə yetirilən şəxs bölmə rəisidir, onun 40-cı polis bölməsinin rəisi olduğu bildirilir.

AzVision.az saytı məlumatı dəqiqləşdirmək üçün DİN-in mətbuat xidmətinin rəisinin müavini Ehsan Zahidovla əlaqə saxlayıb.

Ehsan Zahidov bildirib ki, yayılan məlumatın heç bir əsası yoxdur: “Belə bir hadisə baş verməyib, heç bir polis rəisi qətlə yetirilməyib. Bu tamamilə yalnış bir məlumatdır”.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti