Əli Kərimli ermənipərəstləri niyə müdafiə edir? – Batumi Davası

Əli Kərimli ermənipərəstləri niyə müdafiə edir? – Batumi Davası
  27 Noyabr 2014    Oxunub:1870
Batumidə baş verən hadisələrin siyasi müzakirələri hələ də davam edir. Bu məsələdə “Yeni Müsavat” və “Azadlıq” qəzeti xüsusilə fərqlənir. Demək olar ki, hər gün bu iki qəzet Batumi hadisələrinə müxtəlif rakusdan yanaşıb, bir-birlərini ittiham edirlər.

Belə ki, Batumidə keçirilən forumda iştirak edən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun tədbirin təşkilatçısı olan “People in Need” təşkilatını ermənipərəstlikdə ittiham etməsi Əli Kərimli və tərəfdarlarının etirazı ilə qarşılanıb.

Cəbhəçilər sosial şəbəkələrdə R.Arifoğlunun “People in Need”ə ermənipərəst deməsini özlərinəməxsus şəkildə pisləyib, onu “hakimiyyətə işləməkdə” ittiham ediblər. Qarşılıqlı itthamlar təkcə sosial şəbəkələrdə deyil, tərəflərin nəzarətində olan media səhifələrində də davam edir.

Sözügedən təşkilatın müdafiəsində “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılla yanaşı, AXCP sədri Əli Kərimli də aktiv şəkildə iştirak edir. R.Arifoğlunun qəzeti bugünki sayında Xədicə İsmayıl, Əli Kərimli və onların yolunu tutanların “People in Need”i müdafiə etməsinin kökündə qrant marağının olduğunu açıq şəkildə bəyan edib. Qəzet iddialarını faktlar və videogörüntülərlə oxuculara təqdim edərək ermənipərəstləri müdafiə edən “qəhrəmanları” ifşa edib.


AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı saytımıza açıqlamasında Batumi hadisələrinə münasibət bildirib.

“Biz Batumidə sərgidə baş vermiş hadisəni pisləyirik. Bu sərgini təşkil edən təşkilat dünyanın müxtəlif ölkələrində işləyir, bunların arasında Ermənistanın da olması “People in Need”in ermənipərəst olması anlamına gəlmir”.

F.Qəhrəmanlı qeyd edib ki, AXCP “People in Need”in fəaliyyətini təqdir etmirik.

Sədr müavini “Yeni Müsavat” qəzetində AXCP sədri Əli Kərimlinin bu təşkilatla bağlı mövqeyindən bəsh olunan yazıya da münasibət bildirib: “Yeni Müsavat” qəzeti və onun baş redaktoru Rauf Arifoğlu bu prosesdə hakimiyyətin missioneri kimi çalışır”.

Qeyd edək ki, Gürcüstanın Batumi şəhərində “People in Need” (PİN) təşkilatının sərgisində baş verən qalmaqaldan sonra Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin bu təşkilatı müdafiə etməsi birmənalı qarşılanmayıb. Belə ki, “PİN”in ermənipərəst mövqedə olan təşkilat olduğu və onun həmtəsisçilərindən birinin Dağlıq qarabağın müstəqilliyini tələb etdiyi vurğulanır.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti