Azərbaycanlı milyarder İŞİD-dən qorxmur

Azərbaycanlı milyarder İŞİD-dən qorxmur
  27 Noyabr 2014    Oxunub:2264
“İraq və Şam İslam Dövləti” terror təşkilatı azərbaycanlı milyarder Vahid Ələkbərova məxsus “Lukoyl” neft şirkətinin işinə təhlükə törətmir.
Bu barədə AzVision.az “İTAR-TASS” agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən bu barədə Vahid Ələkbərov İraqın neft nazir Adil Abdul-Mehdi ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib: “Biz orada işləmirik. Biz ölkənin cənubunda işləyirik və bizim orada heç bir problemimiz yoxdur. İraqın cənubunda vəziyyət sabitdir”.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti