Qar yağacaq, şaxta olacaq

Qar yağacaq, şaxta olacaq
  27 Noyabr 2014    Oxunub:2005
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində havanın yağıntılı olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-6, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 27-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti