Məşhur müğənni-bəstəkar Emin Ağalarov Bakıda çəkdirdiyi "Начистоту"(“Sözün düzü”) adlı klipinin ikinci hissəsini onu sevənlərə təqdim edib.
AzVision.az xəbər verir ki, klipin təqdimatı Moksvadakı restoranlardan birində baş tutub. Tədbirə Rusiya estradasının məşhurları - müğənni Valeriya, İosif Priqojin, İqor Nikolayev, Vlad Topalov və başqaları iştirak edib.