Şekspir dilinin (X)ətcə bülbülü

Şekspir dilinin (X)ətcə bülbülü
  26 Noyabr 2014    Oxunub:7345
Vüsal Məmmədov

There is a woman named Khadija Ismayil in Azerbaijan. In other countries, for example, in the USA people like her usually devote their lives to struggle with McDonalds, proving harm of fast-food. But our Khadija, or just `Khajja` has another priorities.
(Qorxmayın, dalı azərbaycanca gələcək...)

She is trying to prove that there are `political prisoners` in Azerbaijan. Well, its her own decision how to spend her lifetime. But there is a tiny point that in order to understand it, we need an expert opinion.

We wonder: why, why and why does she write her facebook statuses on this topic in English as a rule?

May be, Khajja thinks that, people surrounding Ali Karimli and people eating sunflower seeds in `Mahsul` stadium, can read Shakespeare from original?

Bundan sonrasını yankilər qanmasalar da olar, ona görə də Xəccənin dədə-baba dilində yazacağam. Doğrudanmı Xəccə elə bilir ki, Azərbaycandakı fatmalar, məmmədlər və həsənqulular səhəri Şekspir sonetlərilə açır, günorta Robin Qud haqqında balladanı oxuyur, axşam isə Con Miltonun fəlsəfi irsini vərəqləyərək, “İtirilmiş Cənnət”i axtarırlar? Əlbəttə, yox, Xəccə hər nədirsə də, axmaq deyil, öldür, belə düşünməz.

(I couldn`t help myself, qoy yankilər bu abzası da oxusunlar e… Sizsə aşağıdakı abzası buraxın.)

Is Khajja really thinks that all fatimas, mammads, hasangulus and some others awake with Shakespares’ sonets in the mornings, sing the robin-hood ballades at noons, and looking for the “Paradise lost” through the philosophical heritage of John Milton in the evenings? Of course not, whatever Khajja is, but she is not stupid.

Bəs elə isə niyə Xəccə özünün hər biri bir facebook səhminin qiymətində olan statuslarını ingiliscə yazır? Göstərmək istəyir ki, o, ingilis dilli “cool civi”dir? Yoxsa facebookda “civi tutan” ingilisdilli qıjıları bu yolla özünə cəlb eləməyə çalışır?

Yox, yox, bir də yox. Hər kəs bilir ki, Xəccənin nəyə ehtiyacı olsa da, əks cinsin diqqəti sarıdan heç vaxt korluğu olmayıb, bunun hətta subutları da var.

Elə isə niyə axı, niyə, niyə, niyə Xəccə statuslarını ingiliscə yazır?

Əgər bu mövzuda qəti söz deyə biləcək insanların siyahısını tutsalar, mən lap axırda gələrəm. Çünki Xəccə ilə son 10 ildə cəmisi iki cümlə mehriban söhbətimiz olub. O, mənə “Sənin kimi şərəfsizlərə səhifəmdə yer yoxdur” yazmışdı, mən isə ondan ötrü ürəyim getdiyini izhar eləmişdim. Vəssalam. Nə qədər dərin məzmunlu olsa belə, bu mükalimə təəssüf ki, çox qısadır və Xəccə kimi irimiqyaslı zatı anlamaq üçün əsla kafi sayıla bilməz.

Ona görə də, Xəccənin zəngin daxili aləminə, mürəkkəb strateji təfəkkürünə bələd olan biri sayılmıram və statusarını ingiliscə yazmaqda məqsədinin nə olduğuna dair heç nə deyə bilmərəm. Sadəcə olaraq, qısa bir test variantı təklif edirəm ki, özünüz oradakı cavablardan daha inandırıcı görünəni seçəsiniz. Bəlkə siz Xəccəni daha yaxşı tanıyırsınız və daha doğru seçim edə bilərsiniz. Beləliklə,

Xədicə İsmayıl (or just Khajja) niyə siyasi statuslarını ingiliscə yazır?

a) Azərbaycan əleyhinə işverənliyini xaricdə oxusunlar deyə;
b) Hesabat verdiyi adamlar onun fəaliyyətini daha yaxşı görsünlər deyə;
c) Xəccəni işlədənlərin tərcüməçiyə əlavə xərci çıxmasın deyə;
d) Hamısı

Şəxsən mən “d” variantını seçdim. Çün, ərz etdiyim kimi, Xəccə irimiqyaslı (sözün fiziki mənasında) şəxsiyyətdir, heç vaxt sadəcə bir məqsəd üçün nəsə eləmir. Eləyirsə, demək, kompleks məqsədləri var.


Teqlər:  





Xəbər lenti