Oqtay Şirəliyevdən yeni müdir təyinatı - ÖZƏL

Oqtay Şirəliyevdən yeni müdir təyinatı - ÖZƏL
  26 Noyabr 2014    Oxunub:3917
Bir neçə gün öncə səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Gəncə şəhər Səhiyyə İdarəsinin müdiri Mehman Rzayev tutduğu vəzifəsindən azad edilib.
AzVision.az-ın əldə etdiyi məlumata görə, Mehman Rzayevin yerinə artıq yeni rəis təyin olunub. Həmin yerə Azərbaycan Tibb Universitetinin III cərrahi xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışan tibb elmləri doktoru Əlikram Məmmədov təyinat alıb.

Qeyd edək ki, Ə.Məmmədov prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti