Elçibəyin oğlu FHN-də nə işləyəcək? - AÇIQLAMA

Elçibəyin oğlu FHN-də nə işləyəcək? - AÇIQLAMA
  26 Noyabr 2014    Oxunub:4671
Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev Fövqəladə Hallar Nazirliyinin Tikinti Departamentində işlə təmin olunacaq.
Bunu AzVision.az-a mərhum prezidentin qayını Mirmövsüm Mahmudov deyib.

Onun sözlərinə görə, Ərturqutun FHN-də keçdiyi kurslar 5-10 günə yekunlaşacaq:

“Ərturqut Fövqladə Hallar Nazirliyinin Tikinti Departamentində kursa gedir. Hazırda Ərtuqrut kurslara davam edir, həm işi öyrənir, həm də maaş alır. Yəqin ki, yaxın günlərə işlə də təmin olunacaq. Bu günlərdə kurs da yekunlaşmalıdır. Yəqin ki, kursda öyrəndiyi sahər üzrə də işlə təmin olunacaq”.

Xatırladaq ki, Elçibəyin oğlunun işsiz olduğunu deyən M.Mahmudov beş ay öncə imkanlı şəxslərə, dövlət məmurlarına müraciət etmişdi.

Mirvari Nəcəf
AzVision.az



Teqlər:  





Xəbər lenti