Pənah Hüseyn külqabı davasından danışdı

Pənah Hüseyn külqabı davasından danışdı
  26 Noyabr 2014    Oxunub:4592
Azərbaycanın keçmiş baş naziri, 1992-ci ilin mayından 1993-cü ilin yanvarına kimi hökumətə başçılıq etmiş Rəhim Hüseynov AzVision.az-a müsahibəsi zamanı Milli Təhlükəsizlik Şurasının iclaslarından birində Rəhim Qazıyevlə Pənah Hüseynovun mübahisə etdiklərini bildirib.

Sabiq baş nazir keçmiş müdafiə nazirinin özünün qovluğunu və “Badamlı” butulkasını Pənah Hüseynovun başına vurmaq istədiyini və Rəhim Hüseynovun bunun qarşısını aldığını deyib.

`Bir dəfə Milli Təhlükəsizlik Şurasının iclaslarından birində Rəhim Qazıyevlə Pənah Hüseynov mübahisəyə başladılar. Rəhim böyük qovluğunu Pənahın başına çırpdı. Əl atıb, Pənahın başına külqabını vurmaq istəyəndə göydə tutdum. Sonra o, “Badamlı” butulkasına əl atdı. Bu dəfə də onu tutanda ağzı əlimi kəsdi. Elçibəy də içəridə idi. Əsil şou çıxarırdılar`.

Bununla bağlı AzVision.az- a danışan keçmiş baş nazir Pənah Hüseynov isə bildirib ki, R. Hüseynovun dedikləri həqiqəti əks etdirmir.

“Rəhim Hüseynov indi yaşlanıb. Ola bilər ki, buna görə belə sözlər deyir. Ancaq Rəhim də, mən də həmişə demişik ki, həqiqətən də belə bir hadisə baş verməyib”-, deyə P. Hüseynov bildirib.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti