Qız Qalasındakı intiharla bağlı yeni xəbər

Qız Qalasındakı intiharla bağlı yeni xəbər
  26 Noyabr 2014    Oxunub:1205
Srağagün Bakıda Qız Qalasından özünü ataraq intihar edən şəxsin kimliyi müəyyənləşib.
AzVision.az xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində noyabrın 24 də özünü Qız Qalasından atan şəxsin kimliyi bu gecə saat 02. radələrində məlum olub. Onun 1983-cü il təvəllüdlü Bakı şəhərində anadan olan, Xırdalan şəhəri məhəllə 27, ev 21, mənzil 29-da yaşayan Prişayev Yuri Qriqoriyeviç olduğu bildirilir.

Polisdən verilən məlumata görə, intihar edən şəxs Səbail rayonunda yerləşən kafelərin birində aşpaz işləyirmiş.


Teqlər:  





Xəbər lenti