Vurulan helikopterlə bağlı komissiya yaradıldı

Vurulan helikopterlə bağlı komissiya yaradıldı
  26 Noyabr 2014    Oxunub:2217
Azərbaycanın işğal altında olunan ərazisi - Qarabağda vurulan helikopterlə bağlı hadisənin xidməti araşdırılması məqsədilə Ermənistanda xüsusi komissiya yaradılıb.
AzVision.az-ın məlumatına görə, bu barədə erməni KİV-nə müsahibəsində müdafiə nazirinin mətbuata katibi Arçurun Ovanisyan bildirib.

Məlumata əsasən komissiyaya Baş qərargahın rəisinin müavinlərindən biri rəhbərlik edir, onun tərkibinə isə onlarla hərbçi, müstəntiq və ekspertlər daxildir.

“Əgər günahkar varsa, o, müəyyənləşdiriləcək. Lakin ən əsası vəziyyəti öyrənməkdir”, - deyə Ovannisyan əlavə edib.

Qeyd edək ki, Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti