Narkomaniyaya qarşı sərgi

Narkomaniyaya qarşı sərgi
  25 Noyabr 2014    Oxunub:5868
Azərbaycan Turizm İnstitutu Tələbə Gənclər Təşkilatinin təklifi,Art Monarx şirkətinin təşkilatçlıqı ilə “Narkomaniyaya yox!” adlı rəsm sərgisi keçirilib. Sərginin məqsədi qarşı ölkəmizin gənc və peşəkar rəssamların narkomaniyaya qarşı əsərlərini nümayiş etdirməklə, sosiumun diqqətini problemə cəlb etməkdir.



Sərgidə narkomaniyanın mövcud zərərlərindən bəhs edən rəsm əsərləri nümayiş etdirilib. 70 rəsm əsəri, 60 –a yaxın rəssamın iştirak etdiyi sərgidə hər bir rəssama sərginin könüllü iştirakcısı olduğu üçün sertifikat təqdim olunub. Fərqləndirici və həvəsləndirici yer olaraq 3 rəssam diplomla təltif olunub. Onlara sərginin dəstəkçisi olan “Baku travel&tourism” şirkəti tərəfindən daxili tur paketleri hədiyyə edilib.



Sərginin ərsəyə gəlməsində Azərbaycan Mədəniyyət və Turizim Nazirliyinin, Azrbaycan Rəssamlar İttifaqınin, Azərbaycan Turizim İnstitunun, Emin Qəhrəmanovun rəhbərliy etdiyi “EmArtStudio”nun və Tahirə Allahverdiyevanın əməyi və dəstəyi var. Təşkilati dəstək göstərmiş özəl müəssisələr arasinda “Tural Medical” ve STİM İnternational” şirkətləri xüsusi yer alır.



“Azərbaycan Turizm İnstututu Tələbə Gənclər Təşkilati”nin sədri Ağamir Ağamirov və “Art Monarx”MMC-nin prezidenti Tural Fətullayev sərginin təşkilatçıları olduğları üçün böyük məmnunluq hissi duyduğlarını bildiriblər. Çünki tədbir cəmiyyətin ən bəyük bəlalarından sayılan narkomaniya ilə mübarizəyə həsr olunur. Tədbir həm də maarifləndirici xarakter dasıyır və bir növ gənclərin öz asudə vaxtlarının düzgün və maraqlı keçirilməsinə yönəlib.






Teqlər:  





Xəbər lenti