Yaşın da fərqi var, qalan şeylərin də!

Yaşın da fərqi var, qalan şeylərin də!
  25 Noyabr 2014    Oxunub:6184
İradə Cəlil

Deyir, yaşın fərqi yoxdur sevməyə... Sevgi nə yaş bilir, nə çəki, nə xarici görünüş. Sevgi azdlıqdır, deyir. Könül kimi tutsa, göz onu sevir. Yaşlı kişilərin yanında cavan sevgililəri, cavan oğlanların yanında yaşlı sevgililəri. Çox zaman onları ata-balaya, ana-oğula bənzətsək də, reallığı heç kim dəyişə bilməyib. Sevgi yaş həddi nədir bilmir.


Bu yaxınlarda yolum dövlət qurumlarından birinə düşmüşdü. Bir adamla önəmli bir görüşməm olacaqdı. İçəriyə girdim, qapıda məni katibə qız qarşıladı. Bu qızı çoxdan tanıyırdım. Bir az söhbətləşdikdən sonra (görüşəcəyim şəxsin yanında adamlar var idi, kiçik toplantıdaydı) məlum oldu ki, bəs bu qız 2-3 il olar ki, bu şəxsin həm də sevgilisidir. Öz sevgisindən ağız dolusu danışdı, xoşbəxtliyindən, varından, geyimindən, qızılından... Nəyi var idisə, keçmiş rəfiqəsindən gizlətmədi. Ondan “özündən 20 yaş böyük birini necə sevə bilirsən? “ deyə soruşduqda cavab verdi ki, yaşın nə fərqi var ki, əsas düşüncənin, fikirlərin üst-üstə düşməsi, bədənlərin uyğunlaşması və qarşılıqlı anlaşmadır.

Nə başınızı ağrıdım, mən problemimi həll edib, ordan çxıdım. Amma yol boyu düşünürdüm ki, görəsən insan yaşı, xarici görüntüsü, vəzifəsi, çəkisi, boyu uyğun olmayan birini necə sevə bilər? Sevə bilərmi? Bu, sevgidirmi?

Qadın üçün əminəm ki, bu, sevgi deyil. Çünki qadın hər zaman yaxşı yaşamaq istəyir və kiçik bir diqqət bəzi qadınları muma çevirə bilir. Sadə dillə desək, “qadın pişik kmidir, kim başına sığal çəksə, ona yaxın olacaq”. Amma hər bir qadın münasibət quranda bunun sabahını düşünməlidir. Bu gün başına sığal çəkən, sabah yumruq çəkə bilər. Və bu yumruq zərbəsi onu cəmiyyət arasında gözdən sala bilər. Qadın sevdiyi, oturub-durduğu, yaşadığı, münasibətdə olduğu insanla arasındakı fərqi hər zaman düşünməli, özü ilə onun arasında müqayisə aparmalıdır.

Qadın düşünməlidir ki, sevdiyi, xoşuna gələn insan ondan yaşlıdırsa, onu nə gözləyir, yaraşıqlıdırsa nə, imkanlıdırsa nə? Qadın münasibət quranda xarici görünüşü də nəzərə almalıdır. Bir ona baxmalıdr, bir özünə... Özünə diqqətlə baxmalıdır. Qarşısındakı ona uyğun deyilsə, bu münasibətin arxasında nələr durduğunu düşünməlidir. Çünki xarici görünüşlərdə, imkanda, yaşda olan fərqlər birbaşa münasibətlərə təsir edir. Kim deyirsə etmir, yalan deyir.

Heç bir kişi həyatında olan özündən çox kilolu bir xanımı ətrafındakılara “sevdiyimdir” deyə təqdim etməz. Heç o qadını sevməz də. Əgər münasibət varsa da, demək məqsəd var. Heç bir qadın özündən çox yaşlı bir kişini ətrafındakılara sevgilsi kimi təqdim etməz. Edirsə, deməli, o kişi çox imkanlıdır və qadının məqsədi var.

O qadın ağılsızdır ki, özünə uyğun olmayan, özündən üstün biri ilə münasibət qurub, ona yaxınlıq göstərir. Qadın aralarındakı fərqi bildiyi halda bu addımı atırsa, başına gələnə də dözməlidir. Bir-birinə uyğun olmayan cütlüklər arasında olan bütün münasibətlər iyrəncliklə, biabırçılıqla, səviyyəsizcəsinə bitir. Buna hamımız şahid olmuşuq zaman –zaman.

Son illərin iki hadisəsi isə dediklərimi bir daha təsdiqlədi. Biri video ilə gəldi gündəmə, digərini “həyat səhvi” adlandırdılar. Odur ki, saf, təmiz “sevirəm” sözünü nə atanız yaşında kişilərə deyin, nə də sizdən fərqli birisinə. Bir məsəl var, “taylı tayını tapmasa, günü ah-vayla keçər”. Mənə qulaq asmayın, məsəlləri oxyun. Başa düşməyəndə bir daha oxuyun, başa düşənə qədər! Sevgiylə qalın, yarınıza sevgiylə!


Teqlər:  





Xəbər lenti