Bakıda zibillikdən körpə tapıldı

Bakıda zibillikdən körpə tapıldı
  25 Noyabr 2014    Oxunub:1468
Bakıda zibilxanadan yeni doğulan körpə tapılıb.
AzVision.az xəbər verir ki, hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, hadisə "Şamaxinka" adlanan ərazidə qeydə alınıb.

Belə ki, "Alov" zavodunun yaxınlığında zibilxanadan körpə uşaq çığırtısı eşidilib. Sakinlər zibil qutularından birində əskiyə bükülən yeni doğulmuş körpə görüblər.

Dərhal hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları və həkimlər uşağı körpələr evinə aparıblar. Müayinə zamanı zibillərin içinə atılan körpənin qız uşağı olduğu məlum olub.

Onun 20 günlük olduğu müəyyən edilib. Lakin uşağın kim tərəfindən atıldığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti