Fransa prezidentindən Rusiyaya Gözlənilməz Zərbə

Fransa prezidentindən Rusiyaya Gözlənilməz Zərbə
  25 Noyabr 2014    Oxunub:2830
Fransa prezidenti Fransua Olland Ukraynadakı vəziyyətlə əlaqədar “Mistral” tipli helikopter daşıyıcı gəminin Rusiyaya verilməsinin dayandırılması ilə bağlı qərara qəbul edib.
AzVision.az-ın məlumatına görə, bu barədə Rusiyanın “RİA Novosti” Yelisey Sarayının yaydığı bəyanata istinadən xəbər verir.

“Respublika Prezidenti hesab edir ki, hazırda Ukraynanın şərqində hökm sürən vəziyyət birinci “Mistral”ın Rusiyaya verilməsinə imkan vermir. Bununla əlaqədar olaraq “Mistral”ın Rusiyaya təqdim olunması prosesi yeni sərəncam verilənə qədər təxirə salınır”, - deyə yayılan bəyanatda bildirilir.

“Vladivastok” adlı “Mistral” tipli ilk helikopter daşıyıcı gəmi Rusiya Hərbi Donanmasına hələ noyabrın 14-ü təqdim olunmalı idi.

Xatırladaq ki, 2011-ci ildə Fransa dəyəri 1,2 milyard avro olan hücum vertolyotlarını daşıyan 2 müasir gəminin inşası və Rusiyaya satılması haqqında müqavilə imzalayıb. 1-ci gəminin oktyabr və ya noyabr aylarında, 2-cinin isə 2015-ci ildə çatdırılması planlaşdırıldı.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti