İlham Əliyev Olimpiya Stadionunda - FOTOLAR

İlham Əliyev Olimpiya Stadionunda - FOTOLAR
  25 Noyabr 2014    Oxunub:2359
Bu gün Azərbaycan prezidenti İlham Əliyev gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı görülən abadlıq və quruculuq işlərinin gedişi ilə tanış olub.

Prezident İlham Əliyev I Avropa Oyunlarına hazırlıqla bağlı görülən abadlıq və quruculuq işlərinin gedişi ilə tanış olmaq üçün paytaxtın bir sıra ərazilərində olub, icra edilən layihələrin gedişi və həyata keçirilən yenidənqurma və inşaat işləri ilə maraqlanıb.

Dövlət başçısı Bakı Olimpiya Stadionunun ətraf ərazilərində, mərkəzi küçə və prospektlərdə yol və nəqliyyat infrastrukturunun, Bayıl qəsəbəsindəki Su İdmanı Sarayının ətrafında həyata keçirilən abadlıq tədbirləri və müxtəlif idman infrastrukturunun yaradılması istiqamətində görülən işlərin gedişi ilə də tanış olub.

Azərbaycan prezidenti İlham Əliyev işlərin yüksək keyfiyyətlə görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti