Özünüzü soyuqdan qoruyun - Xəbərdarlıq

Özünüzü soyuqdan qoruyun - Xəbərdarlıq
  25 Noyabr 2014    Oxunub:1862
Sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı ehtimal olunur. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-6, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Yaxın 2 gün ərzində ölkə ərazisində qeyri-sabit, soyuq, fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti