ABŞ-da kütləvi iğtişaşlar başladı - FOTOLAR

ABŞ-da kütləvi iğtişaşlar başladı - FOTOLAR
  25 Noyabr 2014    Oxunub:3314
ABŞ-ın Missuri ştatı Ferqüsson şəhərində yerli əhali və polis əməkdaşları arasında toqquşmalar baş verib.

AzVision.az CNN-ə istinadən xəbər verir ki, şəhərdə toqquşmalar böyük jürinin qaradərili yeniyetməni öldürən polis əməkdaşını məhkəməyə cəlb etməmək qərarından sonra başlayıb.

Böyük jürinin qərarından sonra şəhər küçələrində olan bəzi insanlar ağlamağa başlayıb. Onlar daha sonra “Ədalət yoxdur, sülh yoxdur” şüarları səsləndiriblər.

Daha sonra etirazçılar hüquq mühafizə orqanları əməkdaşlarını və onların avtomobillərinə hücum etməyə başlayıblar.

İlkin məlumatlara görə, toqquşmalar zamanı ən azı bir nəfər xəsarət alıb.

Artıq ABŞ prezidenti Barak Obama da Ferqüsson sakinlərini böyük jürinin qərarına hörmətlə yanaşmağa çağırıb. Prezidentin sözlərinə görə, Ferqüsson sakinləri qərarı tanımalıdır: “İnsanlar qərarla bağlı etirazlarını konstruktiv yollarla etməlidirlər”.

Qeyd edək ki, bu ilin avqust ayının 9-da qaradərili Maykl Braun mağazanı qarət edərkən ağdərili polisin açdığı atəş nəticəsində həlak olub. Daha dəqiqi, Braun mağazadan bir qutu siqar götürüb və pulu verməyib, satıcıya kobudluq edərək gedib. Bu, mağazadakı kameranın çəkdiyi kadrlardan da görünür.

Eldar Tanrıverdiyev

Qalereya




Teqlər:  





Xəbər lenti