Moskvada azərbaycanlının boğazı kəsildi

Moskvada azərbaycanlının boğazı kəsildi
  24 Noyabr 2014    Oxunub:1457
Moskvada 60 yaşlı “bomj” 27 yaşlı Azərbaycan vətəndaşına bıçaq xəsarəti yetirib.
AzVision.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə paytaxt vağzallarının birində baş verib.

Mübahisəyə səbəb Azərbaycan vətəndaşının “bomj”a irad tutması olub. Konkret olaraq o, 60 yaşlı kişidən özünü sakit aparmağı xahiş edib. Lakin bu, “bomj”un xoşuna gəlməyib və o, cibindən çıxardığı bıcaqla həmyerlimizi boğazından yaralayıb.

Azərbaycan vətəndaşı dərhal xəstəxanaya çatdırılıb. Onu yaralayan şəxsi isə bir neçə saatdan sonra saxlamaq mümkün olub.


Teqlər:





Xəbər lenti