`Hamını yaxşı tanıyıram` - İsa Qəmbərə cavab

`Hamını yaxşı tanıyıram` - İsa Qəmbərə cavab
  24 Noyabr 2014    Oxunub:1482
“Mən yolumu 2000-ci il sentyabrın 13-də, yəni 18 yaşım tamam olan günü Müsavata yazılmaqla seçmişəm.Və bu günə kimi də seçdiyim yolla şərəfimlə gedirəm”.
Bu sözləri AzVision.az-a açıqlamasında Müsavat Partiyasının üzvü Tural Abbaslı partiyanın müşavirəsində keçmiş başqan İsa Qəmbərin Arif Hacılıdan narazılara ünvanladığı çıxışına münasibət bildirərkən deyib.

“Müsavatla başlamışam və Müsavatla da gəldiyim kimi davam etmək niyyətindəyəm. Bu məsələdə mənim narahatlığım yoxdur. Mən hamını, hamı da məni yaxşı tanıyır. Odur ki, mən bu məsələni özüm və tərəfdarlarım barədə müzakirə mövzusu belə etmək istəmirəm”.

Qeyd edək ki, noyabrın 23-ü Müsavat Partiyasının qərargahında baş tutan ümumrespublika müşavirəsində partiyanın keçmiş başqanı İsa Qəmbər çıxış edib və bildirib ki, o, Müsavat Partiyasının seçdiyi başqan Arif Hacılı ilə bir yerdədir: “Kim bu yolda olmaq istəyirsə, gəlsin, mübarizəmizi davam etdirək. Kimsə özünə başqa lider axtarırsa, buyursun, öz yolunu getsin”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti