`AXCP erməni maraqlarına xidmət edir`

`AXCP erməni maraqlarına xidmət edir`
  24 Noyabr 2014    Oxunub:1797
`Müxalifətin bələdiyyə seçkilərində iştirak etməməsinin iki səbəbi var. Bələdiyyə seçkiləri böyük seçkidir. Bu seçkilərdə 15 mindən artıq fəal insanın namizədilyi irəli sürülməlidir. Onlar əhali tərəfindən tanınmalı, imza toplayıb qeydiyyatdan keçməlidir. Radikal müxalifətin isə belə potensialı yoxdur. Bu potensial, sosial baza, eloktorat olmadığı üçün onlar çalışırlar ki, seçki prosesinə kölgə salsınlar, guya bələdiyyələrin səlahiyyətləri yoxdur`.
AzVision.az xəbər verir ki, bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, hər hansı siyasi partiyanın yerli strukturlarının möhkəmlənməsi, formalaşması, əhali arasında nüfuzun artması üçün bələdiyyə seçkiləri ən vacib seçkilərdir. Nəzərə alsaq ki, gələn il parlament seçkiləri keçiriləcək, bələdiyyə seçkilərində iştirak hər bir partiya üçün sınaq ola bilər.

Onun fikrincə, proseslər onu göstərir ki, müxalifət düşərgəsinin potensalı yoxdur.

`İkinci səbəb ondan ibarətdir ki, müxalifət partiyalarının daxilində çox ciddi qarşıdurmalar mövcuddur. Həm Müsavat, həm də AXCP-də gərginlik var. Həmin partiyalar parçalanmaq ərəfəsindədir. Müsavatın qurultayında keçirilən qeyri-obyektiv seçkilər üzvlərin etirazına səbəb olub. Onlar ədalətli seçkilər tələb edir, yaxud da alternativ Müsavat Partiyası yarada bilərlər. Acınacaqlı durum AXCP-də də hökm sürür. Görürlər ki, bu partiya xalqın maraqlarına deyil, xarici qüvvələrin, erməni lobbisinin maraqlarına xidmət edir, antiazərbaycançı fəaliyyət göstərir. AXCP-də az-çox öz dövlətini istəyən insanlar partiya sıralarını tərk edirlər. Bu partiyalar öz daxili problemlərini həll edib başa çatdıra bilməyiblər ki, bələdiyə seçkilərinə də qoşulsunlar»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti