Leyla Yunusla bağlı xəbər yalan çıxdı

Leyla Yunusla bağlı xəbər yalan çıxdı
  24 Noyabr 2014    Oxunub:1428
Ədliyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsi hüquq müdafiəçisi Leyla Yunusun səhhətində yaranan ciddi problemlərlə bağlı yayılmış məlumatları təkzib edib.
“Leyla Yunusun səhhətində problemlərin olması ilə bağlı yayılan məlumatlar tam əsassızdır. L.Yunusun səhhəti normaldır, səhhətində hər hansı narahatçılıq yaradacaq problem yoxdur”, deyə Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinin sualının cavabında bildiriblər.

Vəkil Elçin Qəmbərov Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisinin son günlər səhhətinin kəskin şəkildə pisləşdiyini bildirib.

Onun sözlərinə görə, Yunusun qara ciyərində parçalanma prosesi başlayıb, xroniki olaraq az yemə nəticəsində təzyiqi ciddi şəkildə düşür və zəifdir. Həbs edildiyi gündən etibarən L.Yunus 10 kq arıqlayıb.

“Vəkil Ramiz Məmmədov istintaq təcridxanasına Yunusun analizlərinin nəticələri haqqında məlumat verilməsi üçün rəsmi sorğu təqdim edib, lakin istintaq təcridxanasının rəhbərliyi bu sorğunu qeydiyyata almaqdan imtina edib ki, bu da birbaşa qanun pozuntusudur, Qəmbərovbildirib.

Vəkilin dediyinə görə Leyla Yunus ağır diabet xəstəsidir və bu ilin iyulunda həbs edildikdən sonra o, müvafiq şəkildə müalicə olunmur. Kamerada mənəvi və fiziki təzyiq fonunda həbsdə onun səhhəti getdikcə pisləşir.

Beynəlxalq və yerli ictimaiyyətin hüquq müdafiəçisinə lazımi köməkliyin göstərilməsi haqqında hakimiyyətə çoxsaylı müraciətlər edib.

Leyla Yunus və həyat yoldaşı Arif Ermənistanın xeyrinə casusluqda ittiham olunur ("Amerikanın səsi").


Teqlər:  





Xəbər lenti