Obama Klintona prezidentlik təklif etdi

Obama Klintona prezidentlik təklif etdi
  24 Noyabr 2014    Oxunub:1493
ABŞ prezidenti Barak Obama hesab edir ki, sabiq dövlət katibi Hillari Klintondan yaxşı prezident ola bilər.
AzVision.az-ın məlumatına görə, bu barədə ABŞ prezidenti “ABC” telekanalına müsahibəsində bildirib.

Obamanın sözlərinə görə, o, müntəzəm olaraq Hilari ilə söhbət edir: “Hillari hər şeydə mənimlə razılaşmır. Lakin bildiyiniz kimi, əgər prezidentliyə öz namizədliyini irəli sürürsənsə, onda öz fikirlərini özündə saxlamalısan”.

ABŞ lideri bəyan edib ki, o, ölkənin növbəti prezidentinin Demokratlar partiyasının nümayəndəsi olmasını istədiyini də açıqlayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti