`İstəmirlər ki, polis olsun...` - DYP rəsmisi

`İstəmirlər ki, polis olsun...` - DYP rəsmisi
  24 Noyabr 2014    Oxunub:2314
Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar bəzi sürücülər tərəfindən yol polisi əməkdaşlarına qarşı edilən hücumların artmasına münasibət bildirib.

AzVision.az-ın məlumatına görə, idarənin şöbə rəisi, polkovnik Kamran Əliyev avtosfer.az-ın bununla bağlı sualına cavabında bildirib ki, yol polisi əməkdaşları həmin sürücüləri sadəcə olaraq qayda pozan şəxs qismində saxlayıb. İnsidentlər isə qəflətən baş verib:

“Yol polisi həmin sürücüləri qayda pozduqlarına görə saxlayır, qanunun tələbinə uyğun davranır, sənəd istəyir, protokol yazır. Lakin sürücülər qəflətən polisə hücum edirlər. Məsələn, Binəqədi rayonunda sürücünün iki yol polisi əməkdaşını bıçaqlaması qəflətən baş verib. Polislər gözləmədikləri halda sürücü bıçaq çıxaraq onları vurub və hadisə yerindən qaçıb. Artıq onlar həbs olunublar və məlum olub ki, hər iki sürücü narkotik istifadəçisidir, cinayət törətdiklərinə görə də axtarışda olublar”.

Kamran Əliyevin sözlərinə görə, göründüyü kimi, polisə qarşı bu cür əməllərə yol verənlər cinayət törətmiş və ya cinayətə meylli insanlardır:

“Əlbəttə, polisə qarşı düşmən münasibəti göstərənlər yalnız qanundan kənar fəaliyyətlə məşğul olanlar, cinayətə meyl edənlər ola bilər. Normal insanlar polislə normal ünsiyyət qururlar. Cinayətə meylli insanlar isə istəmirlər ki, polis olsun. Çünki polis belələrinin qanunsuz əməllərinin qarşısını alır, onların qayda pozmalarına imkan vermir. Bu gün cəmiyyətdə münasibətlərin formalaşmasında, insanların rahat, sərbəst şəkildə gecə saat 2-3-də küçədə rahat gəzib dolaşmalarında Azərbaycan polisinin müstəsna xidmətləri var. O cümlədən, yol polisinin də bu sahədə fəaliyyəti danılmazdır”.


Teqlər:  





Xəbər lenti