İslam alimləri Qumda toplaşdı
AzVision.az xəbər verir ki, Hacı Allahşükür Paşazadə bu gün Qum şəhərində beynəlxalq elmi-dini konfransda iştirak edir. 83 ölkədən nüfuzlu islam alimlərinin, din xadimlərinin qatıldığı konfransda əsas müzakirə obyekti regionda təkfirçiliklə mübarizədir.
Sabah isə Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə İranın ali dini lideri Ayətullah Əli Xamneyi, eyni zamanda digər rəsmi şəxslərlə görüşü gözlənilir. (Ans)