"Kim birinci türk qanı töksə..."

 "Kim birinci türk qanı töksə..."
  23 Noyabr 2014    Oxunub:2319
Serbiyanın futbol çempionatında baş tutan "Voyvodina" - "Rad Belqrad" matçında serb futbol azarkeşləri türklərə qarşı plakat qaldırıblar.
Azarkeşlər serb dilində yazılmış "Kim tez tərpənəcək? ilk türk qanını kim tökəcək"? plakatı qaldırıblar.

Olaylı plakatın qaldırılması bir neçə gün əvvəl İstanbulda "Qalatasaray" ilə Serbiyanın "Srvena Zvezda" basketbol klubu arasındakı oyundan əvvəl baş vermiş hadisə ilə bağlıdır. Belə ki, həmin qarşılaşmadan əvvəl serb azarkeşlərlə türkiyəlilər arasında dava olub. Bıçaqlanan serb azarkeş 5 saat əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bu olaydan sonra Serbiyada müsəlman və xristian futbol azarkeşləri arasındakı münasibətlər daha da kəskinləşib. Hətta futbol federasiyasının qərarı ilə ölkədə müsəlmanların dəstəklədiyi tək futbol klubu olan "Novi Pazar"ın oyunu da təxirə salınıb.(Lent.az)


Teqlər:





Xəbər lenti