Bakıda evləri su basdı

Bakıda evləri su basdı
  23 Noyabr 2014    Oxunub:1523
Bakıda yağan yağışlar nəticəsində yaşayış evlərinə su dolub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, dünən Bakı şəhəri ərazisində yağan yağışlar nəticəsində, Xətai rayonunda yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahəsinə su dolub və vətəndaşların evdən çıxması çətinləşib.

Hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Birgə keçirilmiş əməliyyat zamanı yağış sularının sakinlərə verə biləcək ziyan aradan qaldırılıb, suyun ərazidən çəkilməsinə nail olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti