İstirahət gününün havası - şaxta olacaq
Güclü şimal-qərb, şimal küləyi əsəcək. Havanın temperaturunun gecə və gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi 759 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə noyabrın 23-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.